AZ

85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfranstəşkil olunub. 2024-cü ilin yekunlarına həsr olunan videokonfransdaxaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonuməktəblərinin nümayəndələri, dünyanın nüfuzlu ali məktəblərinin,elmi mərkəzlərinin azərbaycanlı alim və professorları, müxtəlifsahələri təmsil edən nüfuzlu şəxslər, mədəniyyət və incəsənətxadimləri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, girişsözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri FuadMuradov Azərbaycan dövlətinin diaspor siyasəti, 2024-cü ildə həyatakeçirilən layihələr barədə məlumat verib, diaspor quruculuğununuğurla davam edən yeni və mühüm mərhələsindən danışıb, bu sahəyətöhfələr verən soydaşlarımıza təşəkkür edib.

Bildirilib ki, bu gün dünya azərbaycanlıları bir yumruq kimibirləşib, ölkəmizin nüfuzunun daha da artırılması üçün mühümaddımlar atır, hər zaman Azərbaycanın yanında olduqlarını və dövlətbaşçısının siyasətini dəstəklədiklərini bəyan edirlər. Komitə sədriqeyd edib ki, bu gün ölkəmizi dünyada layiqincə təmsil edənyüzlərlə soydaşımızın biryerdə olması onların hər zamandövlətimizin yanında olmalarının göstəricisidir və bu, güclüAzərbaycanın güclü diasporunun formalaşdığının ən bariznümunəsidir.

Komitənin və Azərbaycan diasporunun illik fəaliyyətinə dair qısavideohesabatın təqdimatından sonra ilin yekunları ilə bağlı genişvə maraqlı fikir mübadiləsi aparılıb, nəticələr təhlil olunub.

Ötən il diaspor quruculuğu sahəsində qazanılan saysız uğurlardandanışan soydaşlarımız birlik və bərabərliyin təmin olunmasını,diasporun inkişafı ilə bağlı çevik mexanizmlərin yaradılmasıyolunda görülən işləri, həyata keçirilən layihələri təqdir edib,diaspora çoxistiqamətli yanaşmaların perspektivləri ilə bağlıtəkliflərini səsləndiriblər.

Çıxış edənlər milli maraqlarımızın beynəlxalq aləmə çatdırılmasısahəsində ildən-ilə daha sistemli yanaşmanın formalaşdığına diqqətçəkiblər. Belə geniştərkibli konfransın təşkil olunmasınınicmalararası münasibətlərin inkişafına təkan verdiyini nəzərəçatdırıblar. Ənənə halını alan videokonfransı diaspora müasirkonseptual yanaşmanı formalaşdıran güclü siyasi platforma kimiqiymətləndiriblər.

Konfrans boyu xarici ölkələrdə yaşayan azərbaycanlımusiqiçilərin ifaları səslənib, icma üzvlərinin, AzərbaycanEvlərinin və həftəsonu məktəblərinin kollektivlərinin hazırladığıvideomateriallar nümayiş olunub. Hər bir ifa, hər bir videomaterialiştirakçıların zövqünü oxşayıb və sürəkli alqışlarlaqarşılanıb.

Videokonfransda Azərbaycan diasporunun fəaliyyətinə mühümtöhfələr verən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətəgörə” AR medalı ilə təltif olunub.

Konfrans iştirakçıları Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarınagöstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarınıbildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərikolacaqlarını bəyan ediblər.

Videokonfrans icma üzvlərinin suallarının cavablandırılması iləyekunlaşıb.

Seçilən
35
az.trend.az

1Mənbələr