Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Mingəçevir”in baş məşqçisi vəzifəsinə Füzuli Məmmədov təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Pro kateqoriyalı mütəxəssislə 2,5 +1 illik müqavilə imzalanıb. Füzuli Məmmədov “Mingəçevir”in baş məşqçisi postunda ötən ilin dekabr ayında istefaya göndərilmiş Ədəhim Niftəliyevi əvəz edib.
“Mingəçevir”in əsas komandasının məşqçilər korpusu da bəlli olub. Belə ki, baş məşqçi Fizuli Məmmədova Mehman Yunusov və Rafael Əmirbəyov kömək edəcəklər. Rauf Mehdiyev isə qapıçıların hazırlığı üzrə məşqçi vəzifəsini icra edəcək. Bütün məşqçilərlə 2,5+1 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, “Mingəçevir” Birinci Liqanın cari mövsümünün qış fasiləsinə 6 xalla 10 iştirakçı arasında sonuncu pillədə yollanıb. Komanda 11 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.