ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı müharibədə ən azı 600-700 min insan itirdiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın itkiləri təxminən 800 min əsgərdir.
Ağ Ev rəhbəri bu rəqəmləri brifinq zamanı açıqlayıb. “Əsl rəqəmlər açıqlanmır. Ölənlər hamınızın bildiyindən daha çoxdur. Mən bunu, bəlkə də hökumətimizin real rəqəmləri açıqlamaq istəməməsində günahlandırıram”, – Tramp deyib.
ABŞ prezidenti vurğulayıb ki, Ukrayna cəbhədə çoxlu sayda gənc əsgər itirib.
O əlavə edib ki, müharibə mümkün qədər tez başa çatdırılmalıdır. Çıxışı zamanı Tramp dəqiqləşdirməyib ki, söhbət yalnız Ukraynanın hərbi itkilərindən, yoxsa mülki vətəndaşlardan gedir. Bu rəqəmlər Ukraynanın açıqladığı və hətta ABŞ prezidentinin 2024-cü ilin dekabrında danışdıqlarından xeyli yüksəkdir.
//Samir Qurbanov, Editor.az