İraq, lazım gələrsə, İran və ABŞ arasında təmaslarda vasitəçi kimi çıxış edə bilər.
Bu barədə İraq Xarici İşlər Nazirliyinin rəhbəri Fuad Hüseyn Davosda keçirilən forumda çıxışı zamanı bildirib. “Bizim həm Vaşinqton, həm də Tehranla yaxşı təmaslarımız var. Əgər bizdən bunu tələb etsələr, biz vasitəçi kimi çıxış etməyə hazırıq”, – Fuad Hüseyn bildirib.
Onun fikrincə, bu, təkcə İraqın deyil, bütün regionun və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğun olacaq. Xarici siyasət idarəsinin rəhbəri xatırladıb ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası İraq rəhbərliyindən İran və ABŞ arasında görüş təşkil etməyi xahiş etmişdi.
//Samir Qurbanov, Editor.az