Bakı. Trend:
“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Trend-in məlumatına görə, Azərbaycan çempionu Liqa mərhələsininVII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmarəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubunun heyətində birinci qolu 2-ci dəqiqədə LeandroAndrade vurub.
Qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Davaavtoqol müəllifi olub.
FKSB-nin qollarına Adrian Sut ( 2 qol) və David Mikulesku imzaatıblar.
Matçı slovakiyalı hakim Filip Qlova idarə edib.
Aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansınıitirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi"Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.