AZ

"Avro/dollar məzənnəsi 1 səviyyəsindən aşağı düşəcək"

Qlobal investisiya şirkəti "Goldman Sachs"ın strateqləri dollar proqnozlarını yeniləyib.

Marja xəbər verir ki, strateqlər qarşıdakı altı ay ərzində avronun dollara nisbətdə paritetdən aşağı qiymətlərə əməliyyat olunacağını proqnozlaşdırırlar.

Goldman strateqləri bildirib: "Yeni gömrük tariflərinin tətbiqi və ABŞ iqtisadiyyatının davamlı yüksək performansı ilə dolların gələn il təxminən 5 faiz bahalaşacağını gözləyirik".

Bank avro/dollar məzənnəsinin yaxın üç ay ərzində paritetdə (1 avro =1 dollar), altı ay ərzində isə 0,97 dollar səviyyəsində ticarət ediləcəyini gözləyir.

Artan inflyasiya gözləntiləri və artan istiqraz gəlirlərinin kölgəsində qalan Böyük Britaniya iqtisadiyyatı qarşısında, Goldman strateqləri gələcək 6 ay ərzində sterlinq/dollar proqnozunu 1,32-dən 1,22-yə endiriblər.

Bazar aktyorları dollara nisbətdə sterlinqdə 8%-ə qədər ucuzlaşmaya qiymət qoyurlar. Bəzi treyderlər məzənnənin 1.12-dən aşağı düşəcəyini proqnozlaşdırırlar. 

Seçilən
16
marja.az

1Mənbələr