AZ

Tapançasını təmizləmək istədi, sevgilisini güllələdi

Hadisə ABŞ-ın Konnektikut ştatında baş verib.

Teleqraf.com xəbər verir ki, Ansoniya şəhərində yaşayan 27 yaşlı Keysi Barker evdə tapançasını təmizləyərkən təsadüfən sevgilisini yaralayıb.

Hadisə bazar günü baş verib. Tapançadan qəfil atəş açılıb və güllə Keysinin bir yerdə yaşadığı sevgilisinin ayağından dəyib.

Təcili yardım çağırılıb və qadın xəstəxanaya yerləşdirilib.

Beyker həbs olunsa da, 10 min dollar müqabilində zaminə buraxılıb. O, martın 12-də məhkəmə qarşısında cavab verməli olacaq.


Müəllif: Teleqraf.com
Seçilən
33
teleqraf.com

1Mənbələr