AZ

Qazaxıstan elektromobillərin sayına görə liderdir

Qazaxıstan

Qazaxıstanda elektriklə işləyən avtomobillərin sayı 1,6 dəfə artıb.

Reyting.az
“Sputnik-Kazaxstan”a istinadla xəbər verir ki, statistik məlumatlara əsasən, 2024-cü il dekabrın 1-nə Qazaxıstanda qeydiyyatda olan elektrik nəqliyyat vasitələrinin sayı 12 587 ədədə çatıb. Bir il əvvəl bu göstərici 7 680 ədəd idi.

Statistika həm avtomobillərə, həm yük maşınlarına, həm də avtobuslara aiddir. Artım minik avtomobilləri arasında xüsusilə nəzərə çarpır: onların sayı 7 383 ədəddən 12 119-a yüksəlib.

V. QULİYEV
Seçilən
13
reyting.az

1Mənbələr