AZ

92 minlik dələduzluğa görə həbs edilən şəxslə bağlı qərar ləğv olundu

Ali Məhkəmədə külli miqdarda dələduzluqda ittiham olunan Vüqar Məhərrəmovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.    

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 

Qeyd olunub ki, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti haqlı hesab edilərək təmin edilib. Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökm ilə V. Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

 

Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.

 

Kamal Məmmədov

 

 

Tarix: 24 Yanvar 2025, 09:23   
Seçilən
12
pravda.az

1Mənbələr