AZ

Əl-Cəzirə: Qəzza zolağında su təchizatı böhranı davam edir

Qəzza zolağında su təchizatı vəziyyəti kritik olaraq qalır, çünki anklavdakı su və kanalizasiya qurğularının əksəriyyəti 15 aydır davam edən hərbi əməliyyat nəticəsində zədələnib.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"İsrailin Qəzzada apardığı 15 aylıq müharibədən sonra, Fələstin anklavında infrastrukturun böyük əksəriyyəti məhv edildikdən sonra su təchizatı kritik səviyyədə qalır", - deyə kanal qeyd edir.

Həmçinin Qəzza Su İdarəsinin məlumatlarına istinadən bildirilir ki, döyüşlər zamanı su infrastrukturu obyektlərinin 70%-i məhv edilib. Su təsərrüfatı idarəsinin məlumatına görə, bir çox obyektlər, o cümlədən təmizləyici və duzsuzlaşdırma qurğuları, nasos stansiyaları, quyular, su çənləri və magistral su xətləri kompleks bərpa tələb edir.

Cümə axşamı BMT-nin Qəzzadakı Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbəri Conatan Uittall bildirib ki, İsrail və Fələstin HƏMAS hərəkatı arasında Qəzzada yanvarın 19-da qüvvəyə minən və nəzərdə tutan atəşkəs razılaşması sayəsində, digər işlər ilə yanaşı, mühüm infrastruktur obyektlərinin təmirinə, yolların təmizlənməsinə, zibillərin təmizlənməsinə və su təchizatı şəbəkələrinin təmirinə artıq başlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
18
ikisahil.az

1Mənbələr