AZ

Fələstin hakimiyyəti Qəzzaya nəzarəti bərpa etmək üçün plan hazırlayıb

Fələstin Milli Administrasiyası (PNA) Qəzza zolağının yenidən qurulması planını hazırlayıb.

Bunu Fələstin Azadlıq Təşkilatının (FAT) tərkibindəki ən böyük fraksiyasının rəsmi nümayəndəsi Əbdülfəttah Əd-Daula deyib.

"PNA müvafiq nazirliklər vasitəsilə Qəzza zolağının idarə olunması, infrastrukturun bərpası, zolağa humanitar yardımın göstərilməsi üçün tam və əhatəli fəaliyyət planı hazırlayıb”, - deyə o, qeyd edib.

Hərəkatın sözçüsü həmçinin qeyd edib ki, Fələstinin vergi fondlarının dondurulmasına baxmayaraq, Ramallah fəaliyyətini davam etdirir və İsrail bunu vəsaitin bir hissəsinin Qəzzaya getdiyini iddia etməklə əsaslandırıb.

Seçilən
31
aznews.az

1Mənbələr