Rusiyanın Ufa hava limanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən üç uçuş və bir gəliş reysi gecikir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat hava limanının onlayn tablosunda öz əksini tapıb.
Novıy Urenqoy, Kazan və Səmərqəndə uçuşlarda gecikmə yaranıb. Həmçinin “NordStar” aviaşirkətinin İrkutsk-Ufa aviareysi də gecikib.
Kazan və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər davam edir.