Türkiyənin Bolu Kartalkaya qış turizm bölgəsindəki Grand Kartal Hoteldə baş verən yanğında 78 nəfər həlak olub, çox sayda insan yaralanıb. Aparılan araşdırmalar nəticəsində təqsirkarlar da daxil olmaqla 11 nəfər saxlanılıb.
Hafta.az fəlakətlə bağlı araşdırmalar davam edərkən, dünyada itkilərə səbəb olan digər otel yanğınları ilə bağlı araşdırmanı təqdim edir:
7 dekabr 1946-cı ildə Atlanta Winecoff Hotelin üçüncü mərtəbəsində səhər tezdən yanğın başladı. Hadisə zamanı 119 nəfər yanaraq öldü. Fəlakətə Pulitzer Mükafatı qazanan fotoşəkil mövzusu olan Deysi MakKumber də şahid olub.
25 dekabr 1971-ci ildə Koreyanın paytaxtı Seul şəhərindəki Daeyeonggak Hoteldə baş verən yanğın uzun müddətdir ki, dünyanın ən ölümcül otel yanğınlarından biri sayılır. Yanğın zamanı 191 nəfər həlak lub, çox sayda insan yaralanıb.
1983 və 1996-cı illərdə İstanbul Laləlidəki otellərdə baş verən yanğınlarda tplam 53 nəfər həlak olub.
31 dekabr 1986-cı ildə Puerto-Rikonun San Juan şəhərindəki Hotel Dupont Plaza-da baş verən yanğın otel sahiblərinə qəzəblənən üç işçi tərəfindən törədilib. Yanğın zamanı 98 nəfər həlak olub.
1995-ci ildə Tailandda Weierkanq Hoteldə baş verən yanğın 64 nəfərin ölümünə səbəb olub. Bu yanğın ölkədə yanğın protokollarının qeyri-kafi olduğunu üzə çıxaranda ciddi təhlükəsizlik tədbirləri görülməyə başlandı.
18 avqust 2001-ci ildə Filippində Manor Htelin restoranında baş verən yanğında 75 nəfər həyatını itirmişdi.
2018-ci il avqustun 25-də Çinin Harbin şəhərindəki Harbin Hotelin mətbəxində yanğın baş verib və nətiədə 20 nəfər həlak olub.
12 may 1978-ci ildə Ankarada YİBA bazarında yanğın baş verib. Qaz lampasından başlayan yanğında aralarında bazar ticarətçiləri, müəllim və tələbələrin də olduğu 49 nəfər yanaraq və ya tüstüdən zəhərlənərək ölüb. Kabuslu yanğında 100-dən çox insan yaralanıb…