AZ

Kıbrıslı şəhidlər ingilislərə qarşı müqavimətin 67-ci ilində anılacaq

Yazını böyüt
Yazını kiçilt

İngilis müstəmləkəçiliyinə qarşı müqavimətin 67-ci ilində Kıbrıslı türk şəhidlər yanvarın 27-də keçiriləcək mərasimlərlə anılacaq.

Hafta.az-ın yazdığına görə, 27-28 yanvar 1958-ci ildə Kıbrıs türk xalqı İngiltərə müstəmləkə idarəsinə qarşı qəhrəmancasına mübarizə aparıb, çox sayda şəhid verib.

İlk mərasim saat 09:00-da Lefkoşa Şəhidlər Abidəsində keçiriləcək. Protokol əmrinə əsasən abidənin önünə əklillər qoyulacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək, dövlət himni səsləndirilərək bayraqlar qaldırılacaq. Bu qanlı, ancaq şərəfli tarixin məna və əhəmiyyəti barəsində Şəhid Ailələri və Əlil Qazilər Dərnəyinin sədri Gürsel Benan çıxış edəcək.

Anma mərasiminin digər əhəmiyyətli dayanacağı Kiçik Kaymaklı qəbiristanlığı olacaq. Burada da bayraqlar saat bir dəqiqəlik sükut, hörmət və dövlət himninin müşayiəti ilə qaldırılacaq. Din xadimi dua oxuduqdan sonra mərasim şəhidlərin məzarlarının ziyarəti ilə yekunlaşacaq.

Şam namazı ilə yatsı namazı arasında Yenişəhir Şəhidlər Məscidində mövlud oxunacaq. Bu mərasimlər Kıbrıs türk xalqına müstəqillik uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəmanların xatirəsini yad etmək və şəhidlərə sədaqətlərini bir daha xatırlamaq imkanı verəcək.

Seçilən
25
hafta.az

1Mənbələr