İran və üç Avropa ölkəsi – Britaniya, Fransa və Almaniyanın yüksək vəzifəli rəsmiləri arasında Cenevrədə danışıqlar aparılıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios” saytı adı açıqlanmayan avropalı diplomata istinadən məlumat yayıb.
Bildirilib ki, iranlılar Donald Trampın 2018-ci ildə geri çəkdiyi 2015-ci il razılaşmasından fərqli olan yeni nüvə sazişi üzrə danışıqları bərpa etmək istəyirlər.
Qeyd olunub ki, İran rəsmiləri avropalılardan həmin mesajı Vaşinqtona çatdırmalarını istəyib, ABŞ-nin plan və ya təkliflərini gözlədiklərini vurğulayıblar. Avropalı diplomatlar İran tərəfinə deyiblər ki, nüvə məsələsində daha çox güzəştləri nəzərdə tutan təklifi masaya qoymaq Tehranın öhdəsindədir.
Zərintac MayisqızıMissiya.Az