Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Gənclik və 28 may metroları ətrafında bəzi yollarda işıqforların işləməməsinə aydınlıq gətirib.
Qrumdan Bakıvaxtı.az-a bildirilib ki, qeyd olunan yollarda işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub:
"Aidiyyəti dövlət qurumu tərəfindən qısa zamanda elektrik enerjisinin verilişi bərpa olunub və hazırda işıqforlar tam işlək vəziyyətdədir".