AZ

Rəqəmsal iqtisadiyyatın inkişajı üzrə strategiya hazırlanıb

“2025-2030-cu illəri əhatə edəcək rəqəmsal iqtisadiyyatın inkişajı üzrə strategiya hazırlanıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda 4 SİM-in Təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi deyib.

Onun sözlərinə görə, bu strategiya 3 əsas istiqamət üzrə yaradılıb:

“Bunlar bizneslərin rəqəmsal transformasiyasının dəstəklənməsi, vətəndaşların məşğulluğu üçün sahəvi bacarıqların artırılması və dövlət idarəetməsində data əsaslı idarəetmə ilə əməliyyatların effektliyi və səmərəliliyinin artırılmasıdır”.

Qeyd edib ki, sözügedən strategiyada toplam 52 təşəbbüs mövcuddur ki, bunlardan 28-i biznes, 15-i vətəndaş, 9-u isə dövlətin inkişafı üçün yönəldilib:

“Burada bir sıra insan kapitalı, yerli və beynəlxalq investisiyaların cəlbi düşünülür. Əsas diqqət etdiyimiz məqam da vətəndaş cəmiyyətidir”.

Nəzərə çatdırıb ki, 52 təşəbbüsdən 8-i aparıcı təşəbbüslərdir və bir-biri ilə əlaqəlidir:

“Bunlardan biri rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramıdır. 2030-cu ilə qədər 650 şirkətin “Sənaye40” transformasiyasını hədəfləmişik. Burada biz yerli İT şirkətlərlə birlikdə kiçik və orta bizneslərin məkanlarına gedərək onların proseslərini analiz edirik və rəqəmsal hazırlığını ölçürük”.

Mina Mikayılova

Seçilən
9
bakivaxti.az

1Mənbələr