Milli Məclisin yaz sessiyasında "Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
"Report" xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyası üzrə iş planında qeyd olunub.
Belə ki, sənədin həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında da müzakirəyə çıxarılması nəzərdə tutulub.