Müğənni və aktrisalarla PR və menecerlik sahəsi üzrə anlaşmaları olan "İD Consulting Limited Company" adlı şirkətin qurucusu Ayşe Barıma hıəbs edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir aya yaxındır ahqqında cinayət işi aşılan Ayşe Barıma bu dəfə sensasiyalı çox ağır ittiham irəli sürülüb.
Məlumata görə, bir çox məşhur sənətçi və aktyorların meneceri olan Ayşe Barıma artıq rəsmi ittiham verilib: "O, Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd və ya vəzifəsini yerinə yetirməsinə maneçilik törətmək ittihamı ilə həbs edilib. İstintaqla müəyyən olunub ki, Barımla bağlı yazılı və vizual mətbuatda onun Taksimdə Gəzi Parkı hadisələrə qatılması dəqiqdir. İstintaq çərçivəsində onun hələ də axtarışda olan Mehmet Ali Alabora və digər şəxslərlə gizli danışıqları aşkarlanıb. Bəlli olub ki, Ayşe Barım 12 il əvəvlki qanlı aksiya zamanı təsir dairəsində olan müğəni və aktrisaların adından birgə bəyanat yaymağa hazırlıq görüb. Bundan başqa, onun aksiya təşkilatçıları olan və hazırda həbsdə olan Osman Kavala, Çiğdem Utku Mater və digərlri ilə gizli əlaqələri üzə çıxarılıb. Beləliklə, istintaq çərçivəsində Barım "Gəzi Parkı" hadisələrini planlaşdıranlardan biri olduğu əsası ilə "Türkiyə Respublikası hökumətini devirməyə cəhd və ya onun vəzifələrini yerinə yetirməsinə mane olmaq" ittihamı ilə saxlanılıb. Onun evində və iş yerində axtarış işləri davam edir...".
Ləman
MİA.AZ