AZ

Biz nə qədər azadıq?

Antik dünyagörüşün əsasını mifologiya, Orta əsrlərin dünyagörüşünü din, modern dövrünün dünyagörüşünü əvvəlcə fəlsəfə, sonra elm təşkil edirdisə, sonuncu mərhələ olan Postmodernizm dayanıqlı nüvədən məhrumdur. Bu yazıda məni ən çox son çağın sosial tərəfi maraqlandırır. Sosial sahədə postmodernizm tələbat cəmiyyəti, kütləvi informasiya vasitələri və informasiya paradiqması ilə eyniyyət təşkil edir.

Cəsarətlə demək olar ki, bu mərhələdə intellektualların cəmiyyətdəki yeri daha radikal şəkildə dəyişdi. Modern dövründə onlar mədəniyyətdə, sənətdə, ideologiyada və siyasətdə aparıcı yer tuturdular. Bizim günlərdə isə yazıçı, aktyor və rəssamın yerini jurnalist, ekspert və bloggerlər tuturlar.

Mədəniyyət sahəsində kütləvi mədəniyyət – moda və reklam önə çıxdı. Teatrlaşma həyat tərzinə çevrildi. Bütün əhəmiyyətli hadisələr tamaşa və şou formasını aldı. İntellektuallar kölgədə qalmağa başladılar. Təsadüfi deyildir ki, postmodernizmin görkəmli nümayəndələrindən Liotar adlı şəxs Jan Pol Sartrı axırıncı “böyük intellektual” adlandırırdı. Liotar haqlıdır. Sartr böyük yazıçı, dramaturq və filosof olmaqla yanaşı həm də ölkəsində baş verən hadisələrin mərkəzində dayanırdı.  Ölkəsində nə baş verirdisə nəzərlər ona yönəlirdi. İndi belə nüfuzlu intellektuallar yox səviyyəsindədir.

Sartr Nobel mükafatından imtina etdib. İmtina məktubunun şəxsi səbəbi maraqlıdır: “Yazıçını digərlərindən fərqləndirən titullar onun oxucularına müəyyən basqı göstərir. Mən isə bunu arzuolunmaz sayıram. Hər halda “Jan Pol Sartr” və ya “Nobel mükafatı laureatı Jan Pol Sartr” imzaları arasında ciddi fərq var. Belə fərqlənmə ilə razılaşan yazar həm də ona dəyər verən assosiasiya və ya qurum ilə özü arasında bir bağlılıq yaradır. Məsələn, Venesuela partizanlarına bəslədiyim rəğbət sırf mənə xas olan hiss olduğu halda, “Nobel mükafatı laureatı Jan Pol Sartr”ın Venesuela vətənpərvərlərini dəstəkləməsi bu mənada Nobel mükafatları verən qurumun da bu xətti yeritməsi kimi anlaşıla bilər”.

Bəşəriyyət belə addımları diqqət mərkəzində saxlayır, nümunə kimi dəyərləndirir və belə iradənin ətrafında diskussiyalar açılırdı. İntellektualların birliyi mövcud idi.

Posmodern cəmiyyəti üçün tipik və geniş yayılmış iki fiqur, yappilər və zombilər mövcuddurlar.

Yappi – “gənc professional şəhərli” mənasını verir. Bu “intellektual kompleks”dən məhrum olmuş tipdir. Onu şəhərdən kənarlaşdırmaq mümkün deyil. Əyləndiyi yer şəhərdir. Şəhər onun yeganə məmnunluq məkanıdır.

İkinci tip daha geniş yayılıb: Bu zombi tipidir. Bu proqramlaşdırılmış vücuddur. Şəxsi keyfiyyətlərdən məhrumdur. Sərbəst düşüncə tərzinə malik deyil. Bu sözün geniş mənasında kütlə insanıdır, onu çox vaxt maqnitofonla eyniləşdirirlər. Tural Sadıqlı və Mehman Hüseynov əsl zombilərdi…

Onlar əllərindəki İKT alətlərini cəmiyyətə qarşı çevirirlər. Müasir cəmiyyətin tədqiqatçılarından bir sayılan görkəmli sosioloq Manuel Kastels maraqlı analogiya gətirir. “İnternet Kolumbiya kimi ölkələrdə narkotiklərin dövriyyəsi və adam oğurluğunun daha geniş vüsət almasına səbəb oldusa, Skandinaviya ölkələrində “Rifah dövlətin” təşəkkül tapmasına gətirib çıxardı”.

Bütün bunlara rəğmən düşünən maşınlar yaradılır. Bəs onların mövcudluğuna nə ad qoyacağıq? Bununla bizim mövcudluq dəyişirmi? Ona görə də, süni intellektin fəlsəfəsi ortaya çıxır. Bəli, elə maşınlar yaradılıb ki, çox vaxt bizi özlərinin ağıllı olduqlarına inandırırlar. İnsan ruhu təbii ki, hər hansı kompüter proqramından daha azaddır. Lakin bəziləri düşünürlər ki, biz də elə həmin proqramları qədər azadıq.

Yaxud bunu düşünün: dünənə kimi idrak fəlsəfəsi insanı öyrənirdisə, indi insanın yanında idrakı olan maşınlar, insana bənzəyən robotlar – androidlər var.

Və bu maşınlar cəmiyyət üçün zombilərdən və trollardan daha əhəmiyyətlidir. Onlar çalışır, insanlara köməklik göstərir və gəlir qazandırır.

Seçilən
17
vaxt.az

1Mənbələr