AZ

Moldovada yaşamaq hüququ alan əcnəbilərin arasında Rusiya vətəndaşları daha çoxdur

Kişineu, 24 yanvar, AZƏRTAC

Moldova Respublikasında yaşamaq hüququ almış əcnəbilərin gəldiyi ilk beş ölkəyə Rusiya Federasiyası başçılıq edir. Ondan sonra Ukrayna, Türkiyə, Rumıniya və Hindistan gəlir.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Miqrasiya üzrə Baş Müfəttişliyin məlumatına görə, Moldovada məskunlaşmış əcnəbilərdən 5892 nəfəri daimi yaşamaq, 15970 nəfəri isə müvəqqəti yaşamaq hüququna malikdir.

Məlumatda deyilir: “Onların əksəriyyəti iş və ailələrin birləşməsi üzrə immiqrasiya üçün müraciət edir”.

Eyni zamanda, son bir il ərzində 1298 əcnəbi Moldova Respublikasına giriş vizası üçün müraciət etmək dəvəti alıb. Həmin dövrdə 6425 viza müraciəti təsdiqlənib ki, bu da əvvəlki ilə nisbətən 48,5 faiz artım deməkdir. Viza müraciətlərinin əksəriyyəti tranzit (B növü) üçün (4081 müraciət) edilib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Seçilən
13
azertag.az

1Mənbələr