Azercell adından abunəçilərə şübhəli zənglər gəlir.
AzPost xəbər verir ki, bu barədə şirkət abunəçilərə xəbərdarlıq edib.
Bildirilir ki, Azercell adından müxtəlif saxta kampaniyalar edilir. Abunəçilərə linklər göndərilir.
Bu cür aldadıcı vədlərə inanaraq linkə daxil olduqda şəxsi məlumatlar dələduzların əlinə keçir.
Həmçinin nömrədə hər hansı əməliyyat aparmaq adı ilə guya gələn “təhlükəsizlik kodu” istənilir. Əslində bu şəxsin bank hesablarına daxil olmaq üçün istifadə olunur.
Dələduzlar guya nömrədə əməliyyat adı ilə şəxsin telefonunda olan mobil banklara daxil olur və qısa müddətdə pul vəsaitlərini mənimsəyirlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi bu barədə vətəndaşlara dəfələrlə müraciət edib.
Xatırladaq ki, bir müddət əvvəl vətəndaşlardan biri Azercell şirkətinə müraciət edərək xarici mobil nömrələrdən gələ zəngləri bloklamasını istəmişdi.
Şirkətdən bildirilmişdi ki, bu mümkün deyil. Lakin çoxsaylı müraciətlər nəzərə alınaraq dəfələrlə beynəlxalq zənglərə bağlı müvafiq quruma rəsmi müraciət olunub.