Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən Avropa İttifaqının missiyası kəşfiyyatçılığa davam edir.
Şərti sərhəddən yayılan yeni görüntülərdə missiya üzvlərinin binoklla mövqelərimizi izləyib, casus fəaliyyəti ilə məşğul olduqları aydın görünür.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Praqada əldə olunan razılaşmaya görə missiyanın fəaliyyət müddəti cəmi 2 ay olmalı idi. Ancaq onlar verdikləri sözlərə əməl etmədilər. Nə dedikləri vaxtda missiyanı başa vurdular, nə də söz verdikləri istiqamətdə fəaliyyət göstərdilər.
“Söz namusdur” anlayışına xəyanət edən Aİ kəşfiyyatçıları “xristian həmrəyliyi” ideyalarını, səlibçi təfəkkürünü rəhbər tutaraq “qardaşlarını qorumaq” üçün sərhədimizə qədər gəliblər. Çünki dostları zəifləyib və artıq torpaqlarımızı işğal edə bilmirlər.
Göründüyü kimi, onlar sərhədimizə nə dost, nə də tərəfdaş kimi gəliblər. Olsun. Əgər onlar özlərini bizim düşmənimiz adlandırırlarsa, biz buna hazırıq.
Ancaq bir vacib məsələni unutmasınlar. Biz də onların hər addımını izləyirik...
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta