İsrailin baş naziri Binyamin Netanyahu İlon Maska nasist salamı verməkdə ittiham edildikdən sonra onu dəstəkləyib .
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, amerikalı milyarderə yalandan böhtan atılır.
“Elon İsrailin böyük dostudur. O, 7 oktyabr qırğınından sonra İsrailə səfər edib və o vaxtdan bəri İsrailin soyqırım terrorçularından və vahid yəhudi dövlətini məhv etmək istəyən rejimlərdən müdafiə hüququnu dəfələrlə və qətiyyətlə dəstəkləyib. Ona bunun üçün təşəkkür edirəm”, – İsrail lideri X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Belə ki, Netanyahu 2023-cü il oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu zamanı əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfərin ölümünə işarə edib.
İlon Mask daha sonra belə dəstəyə görə İsrailin baş nazirinə təşəkkür edib.