Qərb Ukraynadakı uğursuzluqdan sonra İttifaq dövlətində sabitliyi pozacaq.
Publika.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu xəbərdarlıq edib.
O qeyd edib ki, Qərb ölkələri Kiyevə yardım üçün böyük xərclərə baxmayaraq, xüsusi hərbi əməliyyatın gedişinə təsir göstərə bilməyib. "Əsas diqqətin yenidən İttifaq dövlətində vəziyyətin daxildən destabilləşdirilməsinə yönələcəyini proqnozlaşdırmaq olar", - Şoyqu bildirib.