"Şahdəniz Alfa" platformasından qaz hasilatı və Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ixrac əməliyyatları əvvəlki səviyyəyə qayıdıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.