Amerikanın Fox News kanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsini dəyərləndirən Tramp müharibənin ən qısa zamanda bitməli olduğunu bildirib.
News24.az xəbər verir ki, hər iki tərəfin yüz minlərlə əsgərini itirdiyini ifadə edən Tramp, "Bu, heç başlamamalı olan bir müharibə idi. Bayden bu müharibənin başlamasına icazə verərək dəhşətli bir iş gördü. Heç başlamamalı idi" deyib.
Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumda ittiham edən Tramp, "Putin bunu heç vaxt etməməli idi. Bu müharibə indi bitməlidir. Ruslar 850 min, ukraynalılar 700 min əsgər itirdi" deyib.
Rusiya danışıqlar masasına oturmasa, bu ölkəyə ciddi sanksiyalar və gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı xəbərdarlığını təkrarlayan Tramp, “Bunu etmək istəmirəm, rus xalqı böyük xalqdır, rusları sevirəm. Lakin bu müharibə bitməlidir (Ukrayna prezidenti Vladimir) Zelenski də razılığa gəlmək istəyir”,- deyə əlavə edib.
Günel Məlikzadə