Çin hökuməti yeni qaydalar vasitəsi ilə bazara milyardlarla dollarlıq pul axını yarada bilər.
İndex.az xəbər verir ki, “JPMorgan” analitiklərinin proqnozuna görə, Çinin son təşəbbüsləri 2025-ci ilə qədər fond bazarına ən azı 138 milyard dollar əlavə vəsait daxil edəcək.
“JPMorgan” hesab edir ki, bu il sığorta və qarşılıqlı fondlar tərəfindən əlavə alışlar 1,3 trilyon yuan civarında olmalıdır.
Bu rəqəmlər cəmi bazar dəyərinin təxminən 1,7%-i olsa da, bankın fikrincə üç il ərzində axınlar 4 trilyon yuan ilə 13 trilyon yuana çata bilər.