Bakı ərazisində hava limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli avtobuslarda pulsuz WI-FI-lə təmin olunub. Məqsəd xarici qonaqlara və yerli sərnişinlərə daha yüksək xidmət təqdim etməkdir.
Referans.az xəbər verir ki, Baku Bus MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyevanın sözlərinə görə, 2025-ci ilə ərzində şəhərlərarasın marşrut xətlərində də bu addımın atılması planda var. Lakin şəhərdaxili avtobuslarda vətəndaşalrın ödənişsiz internetlə təmin olunması hələlik nəzərdə tutulmur. Bu məsələ yüksək maliyyə tələb etdiyinə görə məsələ ətrafında müzakirələr davam edir.
Ətraflı süjetdə: