AZ

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

"Komissiya işləyir. Uçuş rejimi, parametrlər və səs yazıları əsasında müəyyən nəticələr çıxarılacaq. Düşünürəm ki, gələn həftə ilkin hissə Nəqliyyat Nazirliyi tərəfindən dərc ediləcək. Çünki ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) ilkin nəticələrin hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmasını tövsiyə edir. Çətinliklər var, amma biz işi vaxtında yekunlaşdırmalıyıq", - Bozumbayev bildirib.

O qeyd edib ki, Braziliyada təyyarənin qara qutular"ının oxunması prosesi başa çatıb və Qazaxıstana geri qaytarılıb.

Seçilən
19
32
ikisahil.az

10Mənbələr