AZ

Texas ABŞ hökumətindən 11 milyard dollar təzminat istəyir

Texas qubernatoru Kreyq Abbott Konqresdən ABŞ-ın keçmiş prezidenti Co Bayden dövründə sərhəd təhlükəsizliyi üçün xərclənə 11 milyard dollar təzminat istəyib...

Poliqon xəbər verir ki, bu barədə Texas qubernatorunun saytında məlumat verilib.

"Ümumilikdə Texas əhalisini müdafiə etmək və sərhədi qorumaq üçün 11,1 milyard dollardan çox xərcləyib. Müvafiq olaraq, mən rəsmi olaraq federal hökumətdən Texasa bu xərclərin tam ödənilməsini xahiş edirəm", deyə Abbott məktubunda yazır.

O, əlavə edib ki, Bayden administrasiyasının immiqrasiya siyasəti faktiki olaraq Texası və Amerikanın qalan hissəsini qeyri-qanuni immiqrasiyaya qarşı həssas qoyub.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonda tərəfdarları qarşısında çıxış edərək, Meksika ilə sərhəddən qeyri-qanuni miqrantların ölkəyə nüfuzunu dayandıracağına söz verib.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr