“IRIB News” xəbər verir ki, Xuzistan əhalətinə səfər edən İran prezidenti Məsud Pezeşkian əyalətin problemlərinə toxunaraq deyib: “Mənim bir problemim də odur ki, gəlib mənə deyirlər ki, çıxış et. İmkan verin işimi görüm. Danışmaq və şüarlar vermək əvəzinə ölkədəki problemləri həll etmək üçün vaxt ayırmalıyam”.
***
Bu arada İran parlamentinin Sənaye Komissiyasının üzvü Ruhulla Abbaspur enerji böhranının ölkədəki istehsalata təsirindən danışıb: "İstehsalat bölmələri 40 faiz gücü ilə işləyir və istehsalat bölmələrinin yanacaqla təmin olunması üçün müvafiq tədbirlər görməsək, məşğulluğa böyük zərbə dəyəcək”.