İndoneziyanın Mərkəzi Yava əyalətində Pekalonqanda yağan güclü yağışlar bazar ertəsindən çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, İndoneziyanın Milli Fəlakət İdarəetmə Agentliyi ölənlərin sayının 20-yə yüksəldiyini açıqlayıb. Bəzi evlər torpağın altında qalıb. Bölgədə itkin düşən 7 nəfərin axtarışları hələ də davam edir.