AZ

Təyyarə qəzasında yaralanan 4 pasiyentin stasionar müalicəsi davam etdirilir

Bakı.Trend:

Ötən ilin dekabr ayının 25-i Bakı-Qroznı reysini yerinə yetirən“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişintəyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir aykeçir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisədən dərhal sonraAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçünDövlət Komissiyası yaradılıb. Sərəncamla aidiyyəti dövlətqurumları, eləcə də Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələriniİdarəetmə Birliyinə (TƏBİB) müvafiq tədbirlər üçün zəruritapşırıqlar verilib.

Müvafiq tapşırıqların ardından qəza nəticəsində yaralananvətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunub vəzərərçəkənlərin müalicəsi üçün lazımi şərait yaradılıb.

Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşatibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionarşöbəyə qəbul edilib.

Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədənnahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döşqəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüsçatışmazlığı diaqnozları təyin edilib.

Onların hər biri ixtisaslı həkim-mütəxəssislər(ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah,ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruriinstrumental-diaqnostik müayinələr olunublar.

Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulatormüalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları əraziüzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahiəməliyyat icra olunub.

Hazırda 4 pasiyentin (1 kişi və 3 qadın olmaqla) stasionarmüalicəsi davam etdirilir. Reanimasiya şöbəsində müalicəsi davametdirilən 1 nəfərin vəziyyəti ağır stabil, Stasionar şöbədəmüalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxşolaraq dəyərləndirilir.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr