Bakı.Trend:
Son 20 ildə Azərbaycanda dəmir yolları ilə yükdaşımalarınhəcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcuddəmiryol xətləri yenilənir, beynəlxalq tərəfdaşlıqlargücləndirilir.
Trend bu barədə “AzərbaycanDəmir Yolları” QSC-yə (ADY) istinadən məlumat verir.
Azərbaycan dəmir yolları ilə 2022-ci ildən etibarən tranzitdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə18,5 milyon tondan çox yük daşınıb.
2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmıştranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləriisə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olanŞərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yükdaşınıb.