Bakı.Trend:
Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılmasıistiqamətində də işlər davam etdirilir.
Trend bu barədə “AzərbaycanDəmir Yolları” QSC-yə (ADY) istinadən məlumat verir.
2023-cü ildə İranın Astara şəhərində yerləşən terminalda 700 mintona yaxın, 2024-cü ildə isə 814 min ton (2023-cü ilin eyni dövrüilə müqayisədə 28 faizdən çox) yük aşırılıb.
ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli vəeffektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəkiAstara yük terminalının rekonstruksiyasını başa çatdırıb.