Qazaxıstan AZAL təyyarəsinin qara qutularının şifrəsi açılmış məlumatları Rusiya və Azərbaycana ötürüb.
Herbiand.az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, aviaqəzanın araşdırılması komissiyasının rəhbəri Kanat Bozumbayev bildirib.
"Məlumatların şifrəsi açılıb, Qazaxıstana qaytarılıb və Baş Prokurorluğun tabeliyində olan istintaq qrupundadır. Bütün ekspertlər bunun üzərində işləyir. İndi həm Azərbaycan, həm də Rusiya tərəfində bu məlumatların surətləri var. Bizim gizlin heç bir işimiz yoxdur”.