AZ

Qadınlarda infarkt əlamətləri niyə fərqlidir?

Ürək böhranı(infarkt) dedikdə ağıla gələn ilk əlamət sinə ağrısı olsa da, qadınlarda bu əlamət daha az rast gəlinir. 

News24.az xəbər verir ki, bunun əvəzinə həzmsizlik və mədə yanması kimi həzm sistemi şikayətləri ön plana çıxa bilər. 

Bu, qadınların infarktı sadə mədə narahatlığı ilə səhv salmasına və həkimə müraciət etməyi gecikdirməsinə səbəb olur.

İNFARKTDAN 1 AY ƏVVƏL GÖRÜNƏN DİGƏR ƏLAMƏTLƏR

Tədqiqata görə, qadınların infarktdan bir ay əvvəl yaşadıqları digər simptomlara həddindən artıq yorğunluq, yuxu pozğunluğu, nəfəs darlığı, narahatlıq və başgicəllənmə daxildir. Bu simptomlar həyatın təlaşında tez-tez yaşanan şikayətlər olaraq görülə bildiyi üçün onları infarktla əlaqələndirmək çətin ola bilər.

NİYƏ QADINLARDA İNFARKTIN ƏLAMƏTLƏRİ FƏRQLİDİR?

Qadınlarda infarkt əlamətlərinin kişilərdən niyə fərqləndiyi tam olaraq bilinmir. Ancaq hormonal fərqlər, stress və digər sağlamlıq problemlərinin bu fərqə təsir edə biləcəyi düşünülür.

İNFARKTIN QARŞISINI ALMAQ ÜÇÜN NƏLƏR ETMƏK OLAR?

Sağlam həyat tərzinin mənimsənilməsi infarkt riskini azaltmaq üçün böyük əhəmiyyət kəsb edir. Daimi idman, sağlam qidalanma, siqaretdən imtina, təzyiq, xolesterin və qan şəkərini nəzarət altında saxlamaq ürək sağlamlığını qorumaq üçün əsas addımlardandır.


Məryəm İlhamqızı

Seçilən
15
news24.az

1Mənbələr