AZ

Voleybolçumuz Çempionlar Liqasında son oyununu keçirib

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova "Vaşaş"ın heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, Macarısran klubu qrupun son oyununda Polşanın “Budovlani” komandasına 2:3 hesabı ilə uduzub.

Ayşən 10 xal toplayıb.

"Vaşaş" qrupda "Fənərbaxça" və "Budovlani"dən sonra üçüncü yeri tutub və yalnız Fransa "Nant"ını qabaqlayıb. Bununla belə, Macarıstan çempionu avrokuboklarda mübarizəni davam etdirəcək: komanda CEV kubokuna keçəcək.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr