Ermənistan Parlamenti fevralda ölkənin Avropa İttifaqına (Aİ) üzv olması haqqında qanun layihəsinə baxacaq.
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə parlament spikerinin mətbuat katibi Movses Arutyunyan bildirib.
"Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsi, çox güman ki, 11-14 fevral sessiyası zamanı parlamentin gündəliyinə daxil ediləcək", - deyə Arutyunyan vurğulayıb.
Lalə, BakuPost