AZ

Almaniya millisinin baş məşqçisi ilə yeni müqavilə Rəsmi

Yulian Nagelsman futbol üzrə Almaniya milli komandası ilə müqavilə müddətini uzadıb.

Teleqraf.com yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssislə 2028-ci ilədək anlaşma əldə olunub.

O, Bundestimə 2023-cü ilin sentyabrından rəhbərlik edir. Nagelsmanın əvvəlki sözləşməsi 2026-cı ilədək idi.

Gənc mütəxəssisin rəhbərliyi altında yığma Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatında 1/4 finaladək irəliləyə bilib. Komanda sonradan Avropa çempionu olan İspaniyaya uduzub.

Qeyd edək ki, Yulian Nagelsman əvvəllər Almaniyanın "Bavariya", "Leyptsiq" və "Hoffenhaym" klublarında çalışıb. O, 2021/2022 mövsümündə "Bavariya"nı ölkə çempionu edib.


Müəllif: Teleqraf.com
Seçilən
47
2
teleqraf.com

3Mənbələr