AZ

Sülh üçün Tehran təhdidləri nəzərdən keçirilməlidir

Yaxın Şərqdə sülhün bərqərar olması üçün Tehranın təhdidləri nəzərdən keçiriməlidir.

Bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio israilli həmkarı Gidon Səar ilə telefon danışığında deyib.

"Yaxın Şərqdə sülhün bərqərar olması İslam Respublikasının yaratdığı təhlükələrin nəzərdən keçirilməsini tələb edir",- o vurğulayıb..

Bütün girovların Həmas əsirliyindən azad edilməsi üçün səylərin davam etdirildiyini deyən Rubio, İsrailin Həmas və Hizbullaha qarşı uğurlarını və ölkənin Livanla düşmənçiliyi dayandırmaq üçün davam etdirdiyi səyləri yüksək qiymətləndirib.

Qeyd edək ki, ABŞ dövlət katibi bundan əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və İsrailin baş naziri Benyamin Netaniyahu ilə də oxşar məsələləri müzakirə edib.

visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr