AZ

Nüvə müharibəsi zamanı ən varlı adamlar üçün bunker hazırlanır

Amerikanın SAFE şirkəti nüvə müharibəsi zamanı dünyanın ən zəngin insanları üçün “qiyamət gününün bunkeri”nin tikintisi və interyerinin təfərrüatlarını açıqlayıb.

Herbiand.az bildirir ki, müvafiq material Daily Mail-in saytında yer alıb.

Aerie (Qartal yuvası) adlanan bunkerin ABŞ-ın Virciniya ştatında inşası planlaşdırılır. Ümumi dəyəri 300 milyon dollar olan yeraltı kompleksdə üzgüçülük hovuzları, lüks otaqlar, restoranlar, boulinq meydançası və dırmaşma divarı olacaq. Bundan əlavə, bunker sakinləri süni intellekt əsasında tibbi yardımdan istifadə edə biləcəklər.

Dünyanın ən zəngin 625 adamı üçün lüks bunker 2026-cı ildə açılacaq. Zəngin insanlar orada yaşamaq üçün 20 milyon dollar ödəməli olacaqlar.

Qeyd olunur ki, dəbdəbəli yeraltı kompleks Vaşinqtonda Ağ Evin yanında yerləşəcək. Lakin layihə müəlliflərinin fikrincə, onun yerləşməsi təsadüfi xarakter daşıyır, siyasi gərginlik və üçüncü dünya müharibəsi qorxusu ilə heç bir əlaqəsi yoxdur. Onlar xatırladıblar ki, bu, dünyada ilk belə sığınacaq deyil. Belə ki, aktyor Tom Kruz, media maqnatı Mark Zukerberq və televiziya ulduzu Kim Kardaşyan kimi bəzi məşhurlar öz yeraltı bunkerlərini tikdiklərini etiraf ediblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
5
herbiand.az

6Mənbələr