Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsmanla müqavilənin müddəti uzadılıb. Msport.az xəbər verir ki, yeni anlaşmaya əsasən, 38 yaşlı mütəxəssis 2028-ci ilə kimi yığmanın “sükanı” arxasında olacaq.
Naqelsman 2023-cü ilin sentyabrında Bundestimə rəhbərlik etməyə başlayıb. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.
Naqelsmanın rəhbərliyi altında Almaniya Avro-2024-də 1\4 finala kimi irəliləsə də, orada gələcək qalib İspaniyaya uuzub.
Xatırladaq ki, gənc mütəxəssis daha əvvəl “Bayern”, “Leyptsiq” və “Hoffenhaym” klublarında işləyib.