ABŞ-nin Virciniya ştatında zənginlər üçün lüks mənzillər, restoranları və hovuzu olan yeraltı nüvə bunkeri tikiləcək.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Bu, dünyanın ən zəngin 625 adamı üçün "dəbdəbəli qiyamət qalasıdır". 300 milyon dollar dəyərində olan kompleksin sakinləri üzgüçülük hovuzları və məftunedici suitlərdən əlavə, süni intellektlə təchiz edilmiş qabaqcıl sağlamlıq sisteminə çıxış əldə edəcəklər. Onlar üçün gözəl yrestoranlar, boulinq meydançası və qayayadırmanma divarı olacaq.
Məqalədə deyilir ki, 2026-cı ildə başa çatdırılması gözlənilən tikinti planları SAFE tərəfindən açıqlanıb.
o da qeyd olunur ki, “qiyamət günü” sağ qalmaq istəyənlər bunkerə giriş əldə etmək üçün adambaşına 20 milyon dollar ödəməlidirlər.
Elcan
Missiya.Az