AZ

“Zədəlilərimizin çoxluğu oyuna təsir göstərdi” – Kurban Berdıyevə hələ də güvənirlər?

“Turan Tovuz” Misli premyer-liqasının 19-cu turunda gözlənilmədən darmadağın oldu – 2:5.

Aşkar autsayder “Kəpəz”ə uduzan “bozqurd” 3-cü pilləni “Zirə”yə təslim etdi. Ümumiyyətlə, komanda keçirdiyi son 8 oyunun yalnız birindən 3 xalla ayrılıb.

Kurban Berdıyevə əvvəlki kimi güvənirsizmi? Sizcə, son 8 matçda komandaya nə olub? Bu sualları “Ultras Turan” azarkeş qrupunun rəhbəri Kamal Saqqayevə ünvanladıq:

“Zədəlilərimizin çoxluğu oyuna təsir göstərdi. Yeni gələnlər hələ komandaya uyğunlaşmayıb. Komandamıza və məşqçimizə güvənirik. İnşallah, növbəti oyunlarda fərqli “Turan Tovuz” görəcəyik”.

ƏSƏD SEYİDOV
Seçilən
31
26
football-plus.az

10Mənbələr