Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) toplantısında Gürcüstanla bağlı məsələ də müzakirə olunacaq.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Gürcüstan patlamentinin sədr müavini Tea Tsulukianinin rəhbərlik etdiyinümayəndə heyəti iclasda iştirak edəcək.
Gürcüstan parlamentarilərinin toplantı çərçivəsində görüşləri planlaşdırılıb.
Qeyd edək ki, Gürcüstanın üç müxalif"Dəyişikliklər naminə koalisiya", "Vahid Milli Hərəkat" və "Güclü Gürcüstan" birlikləri AŞPA-da ölkənin parlament nümayəndəsi heyətinin təsdiq edilməməsi ilə bağlı qurumun prezidenti və parlament fraksiyalarına məktubla müraciət ediblər.
Müəllif: Cəmilə Babayeva