"Eowyn" qasırğası Britaniya və İrlandiyanı vurub, dəmir yolu və hava nəqliyyatında fasilələrə səbəb olub.
Cümə günü səhər Qlazqo, Edinburq və Dublin hava limanlarında yüzlərlə reys təxirə salınıb, Şotlandiya və Şimali İrlandiyada qatarların hərəkəti dayandırılıb.
Dublin hava limanının saytındakı mesajda deyilir: "Gün ərzində əlavə uçuşlar və gecikmələr mümkündür".
Cümə səhərinə olan məlumata görə, İrlandiyada 600 minə yaxın ev, ferma və ofis binası elektrik xətlərinin kəsilməsi səbəbindən işıqsız qalıb. Meteoroloqların məlumatına görə, küləyin sürətinin 160 km/saata çatacağı gözlənilir. İrlandiya Meteorologiya Xidməti qasırğanı "qeyd edilmiş ən güclülərdən biri" kimi xarakterizə edib.
Əziz Mustafa, Oxuməni.az