AZ

Qərbi Azərbaycan kəndləri: Güllübulaq

Güllübulaq- Qərbi Azərbaycanın Amasiya rayonunun kəndidir. Kənd hal-hazırdaQızılqoç rayonuna tabedir.

Toponim "güllü, çiçəkli" mənasında işlənən "güllü" sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir.

Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kəndəki tayfa adları da sırf türk mənşəli idi.

Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur. 1918–1920-ci illərdə isə erməni(hay) təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. 1988-ci ilə qədər kənddə 570-dən çox ailə var polmuşdur. Əhalisi 2875 nəfərdən artıq idi. Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir.

visiontv.az



Seçilən
13
visiontv.az

1Mənbələr