Aktual.az xəbər verir ki, bu barədə "Radiomir” məlumat yayıb.
"We apologize for the inconvenience (Narahatçılığa görə üzr istəyirik-red.)”, - Dövlət Departamentinin daha əvvəl Blinkenin bəyanatının dərc edildiyi səhifəsində deyilir.
Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Blinken yanvarın 18-dən çıxış edərək, Belarusda qarşıdan gələn prezident seçkisinin şəffaf keçəcəyinə inanmadığını bildirmişdi.
Xatırladaq ki, Belarusda növbəti prezident seçkisi 26 yanvar 2025-ci ildə keçiriləcək.